Bosniya millisinin İsraillə matçdakı hərəkəti gündəm oldu - VİDEO

U21 üzrə 2027-ci ildə keçiriləcək Avropa Çempionatı seçmələrində İsrail millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.

Apr 1, 2026 - 14:58
Bosniya millisinin İsraillə matçdakı hərəkəti gündəm oldu - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Macarıstanın Budaers şəhərində neytral meyadançada keçirilən oyuna bosniyalı futbolçuların hərəkəti damğa vurub.

Belə ki, onlar hakimlərlə salamlaşdıqdan sonra İsrail millisi ilə əl sıxışmaqdan imtina ediblər. İsrailli futbolçular əvvəlcə əllərini uzatsalar da, sonradan məsələni başa düşərək cəhd etməyiblər. İsrail millisinin hakimlərlə salamlaşmasından sonra matç başlayıb.

Qeyd edək ki, seçmə mərhələnin 8-ci həftəsi çərçivəsində baş tutan İsrail-Bosniya və Herseqovina matçı heç-heçə ilə nəticələnib.

Banu