Burak Özçivit “Kuruluş Osman” serialından niyə qovulub? – ƏSL SƏBƏB BU İMİŞ
Türkiyənin məşhur aktyoru Burak Özçivit “Kuruluş Osman” serialından çıxarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, fərqli iddialar səsləndirilsə də, əsas səbəb aktyorun maaşının artırılmasını istəməsidir. Belə ki, B.Özçivit yeni mövsümdə bir bölüm üçün 4 milyon lirə (168.295 manat) tələb edib. Maaş məsələsində razılaşa bilməyən “Bozdağ Film” şirkəti və Burak Özçivit sosial media hesablarında bir-birini izləmədən çıxarıblar.
Məlumata görə, serialın yeni mövsümündə Burak Özçivit olmayacaq. Yeddinci mövsümdə Osman bəyin yaşlılıq dövrünə keçid ediləcək və daha çox şahzadə Orxandan bəhs ediləcək.
Yeni aktyorların daxil olacağı serialda “Şahzadə Orxan” rolu üçün də axtarışlara başlanıldığı bildirilib. Mert Yazıcıoğlu, Murat Ünalmış və İbrahim Çelikkol kimi məşhur aktyorlarla danışıqların aparıldığı da yayılan məlumatlar arasındadır.
Xatırladaq ki, “Kuruluş Osman” serialının çəkilişlərinə 2019-cu ildən başlanılıb. Burak Özçivit bir bölüm üçün 750 min lirə (31,574 manat) məvacib alıb.
Qeyd edək ki, reklamlara çəkilən, ərəb şahzadələrinin verdiyi dəvətlərə pul qarşılığında qatılan Burak Özçivitin sərvəti 1 milyard lirəni ötüb.
Banu