Salahın Trabzonda üstündə oturduğu qaya ZİYARƏTGAHA ÇEVRİLDİ - FOTO

Ulduz futbolçu Məhəmməd Salahın Trabzonda üstündə oturduğu qaya qısa müddətdə məşhurlaşıb.

Sep 24, 2026 - 13:48
Sep 24, 2026 - 14:49
Salahın Trabzonda üstündə oturduğu qaya ZİYARƏTGAHA ÇEVRİLDİ - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, misirli futbolçu bir neçə gün əvvəl "Kurtdere Yaylası"nı ziyarət edib və burada qayanın üzərində oturaraq foto çəkdirib. Salahın paylaşımından dərhal sonra həmin əraziyə azarkeş və turist axını başlayıb.

Ziyarətçilər futbolçunun oturduğu yerdə foto çəkdiriblər. Əraziyə “Salah Yaylası” yazılı lövhə qoyulub, qayanın yanına isə ziyarətçilərin dincəlməsi üçün oturacaq yerləşdirilib. 

Beləliklə, Salahın bir neçə dəqiqə üstündə oturduğu qaya artıq "Salah qayası" adlandırılıb və azarkeşlərin, sakinlərin yeni ziyarətgahına çevrilib. Tarixi "Kurtdere Yaylası" adı isə rəsmi olmasa da "Salah Yaylası"na dəyişdirilib.

Oğuz

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)