Toral Bayramovdan “Bursaspor” azarkeşlərinin tənqidlərinə CAVAB

Milli komandamızın üzvü Toral Bayramov formasını geyindiyi “Bursaspor” klubunun azarkeşləri tərəfindən tənqid olunmasına münasibət bildirib.

Sep 24, 2026 - 13:17
Toral Bayramovdan “Bursaspor” azarkeşlərinin tənqidlərinə CAVAB

SAVASHMEDİA.az-ın xəbərinə görə, futbolçu azarkeşlərin onun haqqında səsləndirdiyi mənfi fikirlərin motivasiyasına təsir etdiyini deyib.

“Hamısından Allah razı olsun, yaxşı yazanlardan da, pis yazanlardan da. Bizim işimiz meydandadır. Əlimizdən gələni etməyə çalışırıq. Futbolda belə hallar olur - tənqid də mümkündür, tərif də. Bunlara normal yanaşıram. Mənfi rəylər mənə pis təsir göstərmir, əksinə, daha da motivasiya edir”, - Toral Bayramov bildirib.

Oğuz