"Cəbhədə eşşəklərdən istifadə normaldır, burada nə var ki?" - Rusiya Dövlət Duması
Rusiya Dövlət Duması bəyan edib ki, cəbhədə eşşəklərdən istifadə olunması normaldır.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Rusiya ordusunun cəbhədə heyvanlardan istifadə etməsini şərh edən Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev bildirib:
"Eşşəklərdən cəbhədə nəqliyyat vasitəsi kimi istifadə olunması normal və qəbul olunmuş təcrübədir. Çünki sursat və digər texnikanın cəbhə bölgələrinə çatdırılması sahəsində çətinliklər var. “Əgər cəbhə bölgələrinə döyüş sursatı və digər texnikanın çatdırılması üçün hansısa üsullardan, o cümlədən eşşək, at və sair istifadə olunursa, bu, normal haldır. Burada qəribə olan nədir?".
Sobolevin sözlərinə görə, Böyük Vətən Müharibəsi illərində artilleriyanın bir hissəsi atlılardan ibarət idi və onıar Berlinə qədər gedib çıxa bilmişdi.
Xatırladaq ki, son günlər sosial şəbəkələrdə Rusiya ordusunun eşşəklərdən istifadəsini əks etdirən görüntülərin yayılması gülüş obyektinə çevrilib.
Oğuz