Ceki Çanın filminə görə Azərbaycan 1 milyon dollar ödəyə bilər - SƏBƏB

Xəbər verdiyimiz kimi, məşhur aktyor Ceki Çanın rol aldığı “Armour of God IV: Ultimatum” filminin bir hissəsi Azərbaycanda çəkilir.

Aug 7, 2026 - 23:51
Aug 8, 2026 - 00:30
Ceki Çanın filminə görə Azərbaycan 1 milyon dollar ödəyə bilər - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, filmin bəzi səhnələri Bakıda lentə alınır. 

Çəkilişlər Azərbaycanla yanaşı Qazaxıstanda da aparılacaq.

Filmin Azərbaycanda çəkilməsi xarici kino layihələrinə dövlət dəstəyi məsələsini də gündəmə gətirib. Mövcud qaydalara əsasən, xarici filmlərin Azərbaycanda çəkilişi zamanı istehsalçının xərclərinin 25 faizinədək hissəsi dövlət tərəfindən geri ödənilə bilər.

Məsələn, film istehsalçısı  Azərbaycanda 4 milyon dollar xərcləsə, bunun 1 milyon dolları dövlət tərəfindən geri ödənilə bilər.

Lakin filmin Azərbaycandakı çəkilişlərinə nə qədər pul xərclənəcəyi hələ açıqlanmayıb. Əgər 4 milyon dollar xərclənərsə, onun 1 milyon dolları dövlət tərəfindən geri qaytarıla bilər.

Aytən