Çempionlar Liqasını bu klub qazanacaq - Favorit açıqlandı
"Opta" statistika portalı 1/8 final mərhələsinin cavab oyunlarının yekunundan sonra 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasını qazanmağa favorit komadanı açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, əsas favorit kimi İngiltərənin "Arsenal" klubu göstərilib. London təmsilçisinin Avropanın ən nüfuzlu klub yarışını qazanmaq üçün ən yaxşı şansa sahib olduğu bildirilib - 29,73 faiz.
Qeyd olunub ki, ən az şansa sahib komanda "Sportinq"dir.
Çempionlar Liqası tituluna favoritlərin siyahısı aşağıdakı kimidir:
1. “Arsenal” – 29,73 faiz.
2. “Bavariya” – 18,33 faiz.
3. Barselona - 15,66 faiz.
4. PSJ - 11,87 faiz.
5. "Real- " 9,85 faiz.
6. “Liverpul” – 7,12 faiz.
7. “Atletiko” – 4,41 faiz.
8. "Sportinq" - 3,03 faiz.
Xatırladaq ki, ÇL-in son qalibi PSJ-dir.
Aytən