Rusiya Estoniyanın hava məkanını pozdu

Martın 18-də Rusiya qırıcısı Estoniyanın hava məkanını pozub. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu gün – martın 19-da Rusiyanın müvəqqəti işlər vəkilini çağırdıqlarını bildirib.

Mar 19, 2026 - 17:13
Rusiya Estoniyanın hava məkanını pozdu

SAVASHMEDİA.az xəbər verir ki, insident Estoniyanın şimal sərhədində, Finlandiya Körfəzindəki Vayndlo adası yaxınlığında baş verib. 

Belə ki, Rusiyanın SU-30 qırıcı təyyarəsi Estoniyanın hava məkanına daxil olaraq orada bir dəqiqəyədək qalıb.

"Bu pozuntuya İtaliyanın Hava Qüvvələrinin bölməsi reaksiya verib, Estoniyanın təhlükəsizliyinə təhdid yaranmayıb", – Tsahkna vurğulayıb.

Rusiya ötən il Estoniyanın hava məkanını dörd dəfə pozub, Rusiyanın müvəqqəti işlər vəkilinə etiraz bildirilib.

Estoniya NATO-nun və Avropa İttifaqının üzvüdür. Ötən il Rusiya dronları NATO və Aİ üzvləri - Polşa və Rumıniya ərazisinə də girib.

Səlcuq