“Embawood” bugünkü faciəni fürsətə çevirdi - FOTO

Bu gün Bakıdakı Bağırov körpüsündə baş vermiş ağır yol-nəqliyyat hadisəsinə Embavud mebel şirkətinin marketinq yanaşması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Apr 10, 2025 - 21:16
“Embawood” bugünkü faciəni fürsətə çevirdi - FOTO

SAVASHMEDİA.az ajans.az-a istinadla xəbər verir ki, şirkət hadisəyə istinadən mebel daşıyan yük maşınlarının montaj edilmiş fotosunu paylaşaraq “Belə Sürətlə, həm də təhlükəsiz” şüarı ilə reklam edib.

Şirkətin paylaşımı faciə ilə zarafat kimi qiymətləndirilib və bir çox sosial media istifadəçisi tərəfindən etik normalara zidd sayılıb. Qısa müddət ərzində tənqidlərin artmasından sonra Embavud paylaşımını silib.