Ərdoğan BƏƏ-yə səfərini təxirə saldı - XƏSTƏLİK
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə səfərini təxirə salıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb BƏƏ prezidentinin səhhətindən problem yaranmasıdır.
Ərdoğan BƏƏ prezidentinin səhhəti ilə bağlı həmkarı Məhəmməd bin-Zayed-əl-Nahyanla telefon danışığı aparıb, səhhətindəki problemlərdən təəssüfləndiyini bildirib və ona tezliklə sağalmasını arzulayıb.
Türkiyə lideri, həmçinin, 16 fevrala planlaşdırılan səfərini "daha uyğun vaxta" təxirə saldığını açıqlayıb.