Fazil Mustafa onu təhqir edənlərə CAVAB VERDİ - "Bir fağır deputat tapmısınız..."
Deputat Fazil Mustafa son günlər sosial şəbəkələrdə haqqında yazılanlara münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Elçibəyin vaxtilə söylədiyi fikirlərdən birini xatırladaraq, özünə qarşı səsləndirilən ittiham və təhqirlərə cavab verib.
“Allah sənə rəhmət etsin, Əbülfəz bəy! Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, istədikləri böhtanı atırlar, istədikləri təhqiri yazırlar, əllərinə odlu silah düşən kimi də güllələyirlər!” - Fazil Mustafa yazıb.
Deputat daha sonra müxtəlif mövqeli şəxslərin ona qarşı eyni mövqedə birləşdiklərini iddia edib:
“İrançısı, cəbhəçisi, yurdçusu, qurdçusu demək olar ki, dünyagörüşcə eyni səngərə yığışıblar. Unudurlar ki, millətin aydınlıq gələcəyi üçün işıqlı insanlarımızla birlikdə bu yolda yürüşümüzü əngəlləmək mümkün deyil!”
Xatırladaq ki, son günlər Fazil Mustafanın Şah İsmayıl Xətai və Səfəvilər dövrü ilə bağlı fikirləri geniş müzakirələrə və etirazlara səbəb olub.
Oğuz