FİFA-dan “Neftçi”yə inanılmaz QADAĞA - Nə baş verir?
FİFA “Neftçi”yə transfer qadağası qoyub.
SAVASHMEDİA.az sportinfo-ya istinadla xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan təmsilçisi yeni oyunçuları qeydiyyata ala bilməyəcək.
Transfer qadağası qarşıdakı üç “transfer pəncərəsi” dönəmində qüvvədə olacaq. Qərarın konkret səbəbləri hələ açıqlanmayıb. Lakin ehtimala görə, bu, “Neftçi”nin hazırkı və ya sabiq futbolçuları və məşqçiləri qarşısında borcları ilə əlaqədardır.
Əgər FIFA qadağa müddətini dəyişməsə, “Neftçi” yeni oyun transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.
“Neftçi” Misli Premyer Liqasında sona 3 tur qalmış turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.