Futbola yeni qayda gətirildi - RƏSMİ 

Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) qapıçılarla bağlı yeni qayda qəbul edib. 

Mar 1, 2025 - 20:34
Futbola yeni qayda gətirildi - RƏSMİ 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Yeni qaydaya əsasən, əgər qapıçı topu əlində 8 saniyədən çox saxlasa, rəqib komandanın xeyrinə künc zərbəsi təyin olunacaq. Bu qayda növbəti mövsümdən qüvvəyə minəcək. 

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, qapıçı topu əlində 6 saniyədən çox saxlaya bilməsə də, oyun zamanı buna çox diqqət ayrılmırdı. Buna görə cəza verildiyi təqdirdə qapıçıya sarı vərəqə göstərilirdi, ya da rəqib komandanın xeyrinə sərbəst zərbə təyin olunurdu.