Görüş yeri Səudiyyə Ərəbistanıdır? - Peskovdan CAVAB
“Rusiya və ABŞ prezidentlər arasında görüşün təfərrüatları hələ işlənməyib. Hələlik onlar təmasları davam etdirmək üçün köməkçilərinə göstəriş vermək barədə razılığa gəliblər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov görüşün Səudiyyə Ərəbistanında keçirilə biləcəyinin mümkünlüyü barədə sualı şərh edərkən jurnalistlərə deyib.
“İndi, əlbəttə ki, iş tez başlayacaq, bununla belə müəyyən prosedurları gözləmək lazım olacaq”, - deyə Peskov əlavə edib.
Kremlin sözçüsü prezidentlər arasında telefon danışığının kimin təşəbbüsü ilə olmasına və bunun Amerika liderinin inauqurasiyasından sonra ilk olub-olmaması məsələsinə aydınlıq gətirməyib.
Onun sözlərinə görə, söhbət zamanı sanksiyaların ləğvi və ya ABŞ-nin digər Qərb ölkələri ilə birlikdə Rusiyanın Krım və digər ilhaq edilmiş ərazilər üzərində suverenliyinin tanınması mövzuları müzakirə olunmayıb.
Avropa ölkələrinin danışıqlarda iştirak etmək istəyini şərh edən Peskov əmin edib ki, Rusiya Minsk razılaşmalarının “çox parlaq” təcrübəsini nəzərə alacaq.
“Avropanın iştirakına gəlincə, yenə də mümkün danışıqlar prosesinin formatı barədə hələlik heç bir anlayış yoxdur, bu barədə danışmaq hələ tezdir”, - prezidentin nümayəndəsi bildirib.
O, qeyd edib ki, Rusiyanın bütün tələbləri yaxşı məlumdur, Moskvanın ardıcıl mövqeyi var. Peskov izah edib ki, Rusiya tərəfi Avropada təhlükəsizliklə bağlı bütün məsələlərin, xüsusən də Rusiyaya aid məsələlərin hərtərəfli müzakirəsini gözləyir.
Xatirə SADİQ