Günün günorta çağı canavar kəndə girdi - VİDEO
Göygöl rayonunun Topalhəsənli kəndində gündüz vaxtı canavar görünüb.
SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, kəndə qonaq gedən Ziya Məmmədov onu öz mobil telefonuna çəkib.
O deyib: "Canavarı görüb avtomobili saxladım. Təxminən 7-10 saniyə mənə baxdı. Daha sonra isə avtomobili yenidən işə saldığımı görüb oradan uzaqlaşdı".
Məlumat üçün bildirək ki, Göygölün Topalhəsənli kəndi əsasən sıx meşəlikdən ibarətdir. Həmin görüntüləri təqdim edirik.