İmamoğlu prezidentliyə namizəd olmaq üçün müraciət etdi - VİDEO

İstanbul Böyük Şəhər Bələdiyyəsinin bələdiyyə sədri Əkrəm İmamoğlu prezidentliyə namizəd olmaq üçün rəsmi müraciət edib.

Feb 21, 2025 - 18:37
İmamoğlu prezidentliyə namizəd olmaq üçün müraciət etdi - VİDEO

O, təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasında (CHP) ilkin seçki ilə müəyyənləşəcək olan ölkə prezidentliyinə namizədlik üçün ərizəsini təqdim edib.

SAVASHMEDİA.az verir ki, Əkrəm İmamoğlu petisiyaya imza atdığı anları sosial media hesabında paylaşıb.

“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.