İran mediası Laricani və oğlunun tabutda fotosunu yaydı
İran KİV Ali Milli Təhlükəsizlik Şurasının martın 17-də öldürülən katibi Əli Laricani və oğlu Murtezanın tabutlarının fotosunu yayımlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, yerli KİV keçmiş katibin bu gün dəfn olunacağını bildirib.
Məlumata görə, Əli Laricani martın 17-də öldürülən “Bəsic” qüvvələrinin komandanı general-mayor Qulamrza Süleymani və martın 4-də Şri-Lanka sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı gəmisi tərəfindən batırılan İran freqatı “IRIS Dena”nın heyət üzvləri ilə birlikdə dəfn olunacaq.