İran müharibə başlayandan kimləri itirib? - ADLAR

ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq 19 gündür davam edir. 

Mar 18, 2026 - 14:25
İran müharibə başlayandan kimləri itirib? - ADLAR

Paytaxt Tehran və digər şəhərlərə hər gün endirilən hava zərbələri nəticəsində İran böyük itkilər verir. Müharibə dövründə İslam Respublikasının ümumilikdə 41 yüksək vəzifəli şəxsi öldürülüb.

SAVASHMEDİA.az Yeni Sabah-a istinadən onların siyahısını təqdim edir:

1) Əli Xamenei - İran İslam Respublikasının Ali Rəhbəri, Ali Baş komandan;

2) Əli Laricani - Ali Milli Təhlükəsizlik Şurasının katibi;

3) Əli Şamxani - Müdafiə Şurasının katibi (kontr-admiral), orduya və İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) nəzarət edən şəxs;

4) Məhəmməd Pakpur - SEPAH Quru Qoşunlarının komandanı (general-mayor);

5) Əbdülrəhim Musəvi - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (general-mayor);

6) Əziz Nəsirzadə - İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri (briqada generalı);

7) Məcid İbn-e-Rza - Əziz Nəsirzadənin öldürülməsindən sonra müdafiə və silahlı qüvvələrə dəstək naziri təyin olunmuşdu (briqada generalı);

8) Məhəmməd Şirazi - Ali Rəhbərin hərbi ofisinin rəhbəri (briqada generalı);

9) Hüseyn Cabal Amelian - Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatının (SPND) nüvə proqramının rəhbəri (briqada generalı);

10) Reza Mozaffari-Niya - SPND-nin keçmiş rəhbəri (briqada generalı), nüvə başlıqları mütəxəssisi;

11) Mohsen Dərrəbagi - Baş Qərargahın logistika üzrə müavini (briqada generalı);

12) Qulamrza Reyzian - polis kəşfiyyatı (briqada generalı);

13) Bəhram Hüseyni Motlaq - Baş Qərargahın əməliyyat planlaşdırması idarəsinin rəisi (briqada generalı);

14) Məhəmməd Baseri - MİS-in xaricdəki terror hücumları üzrə baş kəşfiyyat zabiti;

15) Saleh Əsədi - Xatəm əl-Ənbiya hava hücumundan müdafiə qərargahının kəşfiyyat idarəsinin rəisi;

16) Qulamrza Süleymani - SEPAH-ın "Bəsic" bölməsinin komandiri (briqada generalı)

17) Əsədullah Bədfar - Baş Qərargahda "Bəsic"in işinə cavabdeh olan idarənin rəisi (general);

18) Əbu əl-Qasım Babaian - Ali Rəhbərin hərbi bürosunun zabiti (briqada generalı);

19) Abdullah Cəlali-Nəsab - Baş Qərargahda hava hücumundan müdafiə sahəsində kəşfiyyat zabiti;

20) Əmir Şəriət - Baş Qərargahda hava hücumundan müdafiə kəşfiyyatı zabitinin müavini;

21) Mehdi Rəbbani - SEPAH Hərbi Hava Qüvvələri komandanının müavini (briqada generalı);

22) Əli Rza Təngsiri - İran Hərbi Dəniz Qüvvələrinin komandanı (kontr-admiral);

23) Fereydun Abbasi - İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri (nüvə enerjisinə nəzarət edirdi);

24) Məhəmməd Mehdi Tehrançi - nüvə proqramı fizikası (nüvə enerjisi üzrə müavini);

25) Əhməd Xocastə - SEPAH-ın raket briqadasının komandiri (polkovnik);

26) Hüseyn Salami- SEPAH-ın komandiri (general-mayor);

27) Kiyameddin Sadeqi - SEPAH-ın kəşfiyyat üzrə müavini (briqada generalı);

28) Morteza Merrici - SEPAH-ın kiber komandanlığı (briqada generalı);

29) Həsən Mohaghegh - SEPAH-ın Hərbi Hava Qüvvələrinin zabiti (briqada generalı);

30) Əmir Əli Hacızadə - SEPAH aerokosmik qüvvələrinin zabiti (briqada generalı);

31) Yadollah Cervi - Hərbi Dəniz Qüvvələri komandanının müavini (kontr-admiral);

32) Mohsen Hacızadə - Tehranın hava hücumundan müdafiəsinə\ cavabdeh olan komandan (polkovnik);

33) Abbas Nilipur - SEPAH-ın 14-cü diviziyasının komandiri (briqada generalı);

34) Seyid Məcid Musəvi - İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək Nazirliyinin kiber bölməsi (polkovnik);

35) Fərhad Şirzadi - SEPAH-ın Xüsusi Təyinatlı Qüvvələrinin rəisi (briqada generalı);

36) Rza Şahidsales - SEPAH-ın raket lojistikası bölməsinin zabiti (polkovnik);

37) Mehdi Baqeri - Xameneinin təhlükəsizlik üzrə keçmiş müşaviri (briqada generalı);

38) Əli Fədavi - SEPAH komandanının Hərbi Dəniz Qüvvələri üzrə müavini (kontr-admiral);

39) Hüseyn Həmdani - Xameneinin Suriya üzrə müşaviri (general-mayor);

40) Cəlal Hacızadə - SEPAH-ın Raketdən Müdafiə Qüvvələrinin rəisi (briqada generalı);

41) Məhəmməd Kazemi - İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək Nazirliyinin İsrail üzrə kəşfiyyat zabiti (polkovnik).

Qeyd edək ki, bu şəxslərin ölümü İran rəsmiləri tərəfindən təsdiqlənib.