Kremldən Laricaninin öldürülməsinə SƏRT REAKSİYA

Rusiya İran liderlərinin sui-qəsdlərini qətiyyətlə pisləyir.

Mar 18, 2026 - 14:33
Kremldən Laricaninin öldürülməsinə SƏRT REAKSİYA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Moskva suveren dövlətlərin liderlərinin sağlamlığına zərər vurulmasına və ya sui-qəsdə yönəlmiş hərəkətlərə qarşıdır.

Peskov vurğulayıb ki, bu cür hərəkətlər İrana və digər ölkələrə qarşı qəbuledilməzdir.

Qeyd edək ki, Əli Laricani İranın həm daxili, həm də xarici siyasətində, xüsusilə də nüvə proqramı və regional təhlükəsizlik məsələlərində əsas fiqurlardan biri hesab olunurdu. Onun öldürülməsi Tehranda böyük hiddətlə qarşılanıb və "qisas" anonsları verilib.