İran vurduğu “F-35” qırıcısının pilotunu ƏSİR GÖTÜRDÜ - İki nəfər olublar, o biri...

İran səmasında ABŞ-a məxsus F-35 qırıcısı vurulub.

Apr 3, 2026 - 20:15
İran vurduğu “F-35” qırıcısının pilotunu ƏSİR GÖTÜRDÜ - İki nəfər olublar, o biri...

SAVASHMEDİA.az xəbər verir ki,  bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.

Daha sonra İranın dövlət televiziyasında Kohgiluye bölgəsinin polis idarəsinin İran səmasında vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edilməsi barədə elan oxunub.

Bir qədər sonra isə vurulan qırıcıda iki ekipaj üzvünün olduğu dəqiqləşdirilib.

Son məlumatlarda isə İran tərəfi artıq amerikalı pilotu əsir götürdüyü barədə məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) axtarış -əməliyyat tədbirləri zamanı pilotlardan birini taparaq əsir götürüb. Digər pilotun axtarışları isə davam etdirilir.

Bu məlumat ictimailəşdikdən sonra isə İsrailin 12-ci kanalı ABŞ-ın qırıcı təyyarəsinin ekipaj üzvlərindən birinin uğurla xilas edilməsi haqda informasiya paylaşıb.

Oğuz