"Turan Tovuz"un rəhbəri "haramı olsun" dedi - "Suyu oturaraq içən hakim..." + VİDEO
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsində "Zirə"yə uduzduqları ilk oyunla (0:2) bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, matçın baş hakimi Əliyar Ağayevin Tovuz təmsilçisinə qarşı qərəzli qərarlar qəbul etdiyini iddia edib:
"Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şeylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər. Bir illik əziyyətimiz bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusilə, Əliyar "Turan Tovuz"un oyunlarına təyinat alanda belə halları gözləyirdik. Çempionatdakı oyunda səhv etmişdi. İnsanıq da, dedik ola bilər. Bizə mesaj göndərdi ki, səhv etmişəm. Futbolçularımızın alın təri, bizim haqqımız Əliyarın haramı olsun. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolda belə hallar dəyişməlidir. Bəzi şeyləri dilə gətirməliyik. Danışmadıqca, səssiz qaldıqca Əliyar kimilər oyunları belə idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar. Belə olan halda yatırım etməyin də, əziyyət çəkməyin də, futbolçu transfer etməyin də mənası yoxdur. Azərbaycan futbolunun Əliyar kimilərdən canı qurtarmalıdır.
Epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin baxmasını, görməsini, "Turan Tovuz" azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz. Bu il əziyyətimiz boşuna gedir. Biz 2 təlim-məşq toplanışı keçirmişik, çoxlu investisiya etmişik, amma Əliyar kimilər oynamağımıza imkan vermirlər".