İsmayıllı İcra Hakimiyyəti qarşısında camış sürüsü - Bütün ölkə gördü, başçı görmədi?+ VİDEO

İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısından çəkilmiş kadrlar qısa müddət ərzində kifayət qədər baxış toplayıb.

May 19, 2026 - 18:57
İsmayıllı İcra Hakimiyyəti qarşısında camış sürüsü - Bütün ölkə gördü, başçı görmədi?+ VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda iri buynuzlu heyvanların İcra Hakimiyyətinin inzibati binasının qarşısında sərbəst şəkildə otlaması əks olunub.

Camış sürüsünün heç bir maneə olmadan İcra Hakimiyyətinin inzibati binası qarşısında otlaması əraziyə nəzarət edilımədiyinin göstəricisi kimi qiymətləndirilib.

Xatırladaq ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovdur və o, bu vəzifəyə 2020-ci ilin martında təyin olunub.

Geniş müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik.