"Kəramət yalan danışır, mənə dedi ki..." - O, meyxanaçını "lazımi qurumlar"la hədələyib?
Meyxanaçı Mehman Əhmədli yazıçı Kəramət Böyükçölün meyxana ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, meyxanaçı Kəramətin onu və sənətini tənqid etməsini əsassız adlandırıb.
“Kəramət kimdir ki, durur meyxana, meyxanaçılar haqqında mənfi danışır? Adını yazıçı qoyub, amma yazıları da göz qabağındadır. Üç-dörd kitab buraxmaq pulla olan şeydir, kim istəsə kitab çıxara bilər. Əgər maraqlı əsəri olsaydı, ondan danışardı”, - Mehman Əhmədli bildirib.
M.Əhmədli daha sonra bunları deyib: “Guya ona zəng vurub demişəm ki, meyxana haqqında niyə mənfi danışırsan? Guya bu da deyib ki, Azərbaycan Konstitusiyası mənə icazə verir. Mən də demişəm ki, bura dağ başı deyil. Harda olub bu söhbət? Bu, yalandır, böhtandır”.
Meyxanaçı Kəramat Böyükçöllə aralarında hansı söhbətin olduğunu da açıqlayıb:
“Mən sadəcə bir dəfə zəng vurub demişəm ki, qardaş, gəl oturaq, söhbət edək. Dedi vaxtım yoxdur, sonra da ümumiyyətlə görüşmək istəmədi. Dedi ki, məni natahat edən adamlardan lazımi qurumlara məlumat verəcəyəm. Mən də başa düşdüm ki, bu hansı düşüncədə olan insandır. Artıq onu da tanıdım, sənətini də tanıdım. Bu adam budur, mənim də onun haqqında artıq heç bir sözüm yoxdur”.
Oğuz