Kim Çen In qızı ilə TANK SÜRDÜ

Şimali Koreya lideri Kim Çen In və qızı ölkənin hərbi təlim bazalarından birinə baş çəkiblər.

Mar 20, 2026 - 13:40
Kim Çen In qızı ilə TANK SÜRDÜ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Səfər çərçivəsində dövlət başçısı tank və piyada bölmələrinin birgə taktiki təlimlərini şəxsən izləyib.

Məlumata əsasən, Kim Çen In təlimlər zamanı hərbi bölmələrin döyüş hazırlığını yüksək qiymətləndirib. O, ordunun müasir döyüş şəraitinə uyğunlaşması və taktiki bacarıqların artırılması istiqamətində tapşırıqlarını verib. Fotoşəkillərdə Kim Çen Inın tank idarə etməsi və qızı ilə birlikdə hərbi manevrləri izləməsi əks olunub. 

Aytən