“Kiyevə silah veririk” – Donald Tramp

Vaşinqton öz arsenallarının tükənməsi ilə bağlı narahatlıqlara baxmayaraq, Ukraynaya silah yardımı etməyi davam etdirir.

Jul 4, 2025 - 10:52
Jul 4, 2025 - 11:07
“Kiyevə silah veririk” – Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bunu Vaşinqtondakı “Endryus” Hərbi Hava Qüvvələri bazasında jurnalistlərlə ünsiyyəti zamanı ABŞ Prezidenti Donald Tramp bildirib. 

Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı suala cavabında Tramp deyib ki, ölkəsi Kiyevə dəstəyini davam etdirir.

“Biz dayandırmamışıq, biz silah veririk. Amma biz o qədər silah vermişik ki və biz onlara kömək etməyə çalışırıq. Bayden silah təmin etməklə bütün ölkəmizi boşaldıb və biz əmin olmalıyıq ki, bizdə özümüz üçün kifayət qədər silah var”, - Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ mediası Pentaqonun bəzi hava hücumundan müdafiə raketlərinin və digər dəqiq idarə olunan döyüş sursatlarının Ukraynaya tədarükünü dayandırdığını xəbər verib. Bu addımın ABŞ-nin silah ehtiyatlarının çox az olması ilə bağlı narahatlıqlar səbəbindən atıldığı iddia olunub.

Xatirə SADİQ