Lənkəranda dayı bacısı qızının toyunda öldü - FOTOLAR
Lənkəranda bacısı qızının toyuna gedən şəxs vəfat edib.
Cəlilabad rayonunun Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov bacısı qızının toyunda halını qəfil pisləşib.
Mərhumun qohumlarının verdiyi məlumata əsasən, S.Yaqubov özünü narahat hiss etdikdən sonra yaxınlıqdakı aptekə aparılmasını xahiş edib. O, aptekdən dərman alaraq qəbul edib. Lakin vəziyyəti daha da ağırlaşıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.
Həkimlər ona “kardiak arrest” (ürək dayanması) diaqnozu qoyublar və təcili tibbi müdaxilə həyata keçirilsə də, Səyyad Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (teleqraf)