Millət vəkili partiya yoldaşı tərəfindən bıçaqlandı - ŞOK SƏBƏB
Türkiyədə Yeni Partinin Qaziantep millət vəkili Melih Meriçə bıçaqlı hücum olub.
SAVASHMEDİA.az xəbər verir ki, qarın nahiyəsindən yaralanan deputat xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun əməliyyatının uğurla keçdiyi və səhhətinin yaxşı olduğu açıqlanıb.
Hücum edən şəxsin isə CHP-nin keçmiş Oğuzeli rayon təşkilatının sədri (hazırda Yeni Parti üzvüdür - red) Seydi Ahmet Keleş olduğu açıqlanıb.
İlkin məlumatlara görə, hadisədən əvvəl Keleşlə Meriç arasında telefon danışığı olub. Daha sonra Keleşin deputatın olduğu məkana getdiyi və tərəflər arasında mübahisə yaşandığı bildirilir.
Türkiyə mediasında yayılan məlumatlara görə, Keleş Yeni Partinin Oğuzeli rayon təşkilatına sədr təyin olunacağını gözləyib. Bu istəyinin baş tutmamasına görə Keleşin Melih Meriçi günahlandırdığı və aralarında yaranan mübahisədən sonra deputata bıçaqla hücum etdiyi bildirilir.
Bununla belə, hücumun motivi ilə bağlı rəsmi açıqlama yoxdur.
Aytən