Netanyahu Azərbaycana səfərini təxirə saldı - SƏBƏB

İsrailin Baş nazir Binyamin Netanyahunun Azərbaycana səfəri təxirə salınıb.

May 3, 2025 - 21:47
Netanyahu Azərbaycana səfərini təxirə saldı - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, Qəzza zolağı və Suriyada baş verən hadisələr fonunda və sıx siyasi-təhlükəsizlik qrafiki səbəbindən Netanyahunun Azərbaycana səfəri başqa bir tarixə təxirə salınıb.

Xəbərdə bildirilir: “Baş nazir dəvətə görə Prezident Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir”.

Qeyd edək ki, İsrail liderinin Bakıya səfəri mayın 7-nə nəzərdə tutulmuşdu. (teleqraf)