Netanyahunun Laricaninin öldürülmə əmrini verdiyi anın GÖRÜNTÜSÜ

Öldüyü iddia olunan İsrailin Baş naziri Benyamin Netanyahunun yeni fotosu yayılıb.

Mar 17, 2026 - 14:57
Mar 17, 2026 - 16:32
Netanyahunun Laricaninin öldürülmə əmrini verdiyi anın GÖRÜNTÜSÜ

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən şəkil Baş nazirin “X” sosial şəbəkə hesabında paylaşılıb.

Fotoya “Baş nazir Benyamin Netanyahu yüksəkvəzifəli İran rəsmilərinin məhv edilməsi əmrini verir” başlığı yazılıb.

Xatırladaq ki, bu gün İranın iki yüksəkvəzifəli rəsmisinin ölüm xəbəri yayılıb. İlk olaraq İsrailin müdafiə naziri İsrael Kats İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü açıqlayıb. Daha sonra İsrail Müdafiə Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” Müqavimət Qüvvələrinin komandiri Qulamrza Süleymaninin öldürüldüyünü bildirib.

Qeyd edək ki, Əli Laricani dünən müsəlman dünyasını İrana kömək etməyə çağırmışdı.

Banu