Öldürülən İran generallarının yerini COVİD peyvəndi ilə tapıblar - ŞOK
Əslən Təbrizdən olan ayətullah Təbrizian qəribə iddia ilə çıxış edib.
O, İsrail tərəfindən öldürülən generalların yerinin peyvənd vasitəsilə tapıldığını iddia edib.
O bildirib ki, SEPAH generallarına bir neçə ay əvvəl peyvənd vurulub. “Həmin peyvəndlərdə xüsusi izləmə cihazları olub. Elə həmin cihazlar vasitəsilə də onlar izlənilib və öldürülüb”.
Təbrizian onu da deyib ki, koronavirus pandemiyası zamanı insanlara vurulmuş peyvəndlər də təhlükəlidir. Onun sözlərinə görə, insanların bədəninə peyvəndlər vasitəsilə cihazlar yerləşdirilib. “Həmin peyvəndlər insanları izləməyə imkan verir. Uzun zamandır bunu deyirdik”.
İranlı ayətullah onu da bildirib ki, peyvəndlər haqqında Ümumdünya Səhiyyə Təşkilatına məlumatların verilməsi yanlış hərəkət olub. “Əsas günahkarlar peyvəndlər və peyvənd edilmiş insanlar haqqında Ümumdünya Səhiyyə Təşkilatına məlumat verənlərdir. Görünür, həmin məlumat sionist rejimin əlinə keçib. Bu gün biz dərman və müalicə mafiyasının boğazından tutub cəzalandırmalıyıq”. (tribunainfo.az)