Paşinyan onun xeyir-duasından İMTİNA ETDİ - 23 illik ənənəni niyə pozdu?

Ermənistanda yeni seçilmiş parlamentin ilk iclası diqqət çəkən hadisə ilə yadda qalıb. 

Aug 2, 2026 - 18:46
Paşinyan onun xeyir-duasından İMTİNA ETDİ - 23 illik ənənəni niyə pozdu?

SAVASHMEDİA.az xəbər verir ki, Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin 23 ildən sonra ilk dəfə parlamentin açılış iclasına dəvət olunmayıb.

Erməni mətbuatının yazdığına görə, kilsəyə parlamentin açılış mərasimi üçün rəsmi dəvət göndərilməyib və bununla da 2003-cü ildən davam edən ənənə pozulub.

Yeni parlamentin ilk iclasında yalnız prezident çıxış edib. Əvvəlki illərdə isə II Qaregin deputatlar qarşısında xeyir-dua nitqi söyləyirdi. 

II Qareginin parlamentdə görünməməsi son aylarda Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında dərinləşən qarşıdurma fonunda baş verib. Baş nazir Nikol Paşinyan uzun müddətdir kilsə rəhbərliyini tənqid edir və tərəflər arasında münasibətlər gərgin olaraq qalır.

Qeyd edək ki, II Qaregin haqqında cinayət işi açılıb və ölkədən çıxışına qadağa qoyulub. Ermənistan prokurorluğu onu məhkəmə qərarının icrasına mane olmaqda ittiham edib. 

Səlcuq