Tramp İrana hücumu onun xahişi ilə ləğv edib? - "Son anda zəng edib dedi ki.."

ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan yeni hərbi zərbəni son anda dayandırdığını açıqlayıb.

Aug 2, 2026 - 19:33
Tramp İrana hücumu onun xahişi ilə ləğv edib? - "Son anda zəng edib dedi ki.."

SAVASHMEDIA.az xəbər verir ki, Trampın sözlərinə görə, bir sıra liderlər ona müraciət edərək planlaşdırılan hərbi əməliyyatın təxirə salınmasını istəyiblər.

ABŞ lideri əlavə edib ki, hazırda tərəflər arasında İranın nüvə proqramı və Hörmüz boğazının yenidən tam açılması ilə bağlı razılaşma əldə olunması istiqamətində intensiv danışıqlar gedir.

Məlumata görə, qərarın qəbulunda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın mühüm rolu olub. O, Trampla telefon danışığında bölgədə yeni hərbi əməliyyatların Körfəz ölkələrinin enerji infrastrukturunu təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq edib və diplomatik həll yoluna üstünlük verilməsini tövsiyə edib.

Bununla belə, Tramp vurğulayıb ki, razılaşma baş tutmasa, ABŞ ordusu istənilən an hərbi əməliyyata başlamağa hazırdır. Onun sözlərinə görə, Vaşinqton diplomatik həllə üstünlük versə də, bütün hərbi variantlar masadadır.

Səlcuq