PSJ Mbappeyə 61 milyon avro təzminat ödəyəcək
Fransanın “Paris Sen-Jermen” (PSJ) klubu sabiq futbolçusu Kilian Mbappeyə 61 milyon avro təzminat ödəyəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Paris məhkəməsi qərar çıxarıb.
17 noyabrda başlayan məhkəmədə klub hücumçunu "Əl-Hilal"la 300 milyon avroluq müqaviləni pozmaqda ittiham edərək 240 milyon avroluq qarşılıqlı iddia qaldırıb, lakin PSJ-nin bütün iddiaları rədd edilib.
Xatırladaq ki, K. Mbappe 2017-ci ildən PSJ-də top qovurdu. O, komanda ilə altı Fransa çempionluğu , dörd Fransa Kuboku və üç Super Kubok qazanıb. Hücumçu 2024-cü ilin yayında "Real Madrid"ə transfer olunub.
Banu