Putin ölümdən qorxur, paraddan əvvəl Çin liderinə nə deyib? - ŞOK SƏSYAZISI
Çin sədri Si Cinpin, rusiyalı və şimali koreyalı həmkarları Vladimir Putin və Kim Çen In uzunömürlülüyü müzakirə ediblər.
SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, söhbət Pekində keçirilən hərbi paraddan əvvəl canlı lentə alınıb.
Agentlik qeyd edir ki, uzunömürlülük haqqında söhbətin səs yazısı bir dəqiqədən az davam edib, bəzən kəsilib və yalnız fraqmentləri tutmaq olub.
Səs yazısında Si Cinpinin çin dilində “bizim günlərdə” və “70 il” dediyi məqamı tutmaq olub. Daha sonra tərcüməçinin Si-nin dediyi sözləri rus dilinə çevirdiyi eşidilir: “Əvvəllər insanlar nadir hallarda 70 yaşa qədər yaşayırdılar, amma indi 70 yaşında sən hələ uşaqsan”.
Sonra Putin cavab verib. Səs yazısında onun sözləri aydın eşidilməyib. Bundan sonra tərcüməçi Putinin sözlərini çin dilinə çevirib: “Biotexnologiyanın inkişafı ilə insan orqanları davamlı olaraq transplantasiya edilə bilər ki, insanlar daha gənc yaşaya və hətta ölümsüzlüyə nail ola bilsinlər”.
Başqa tərcüməçinin isə Koreya dilində orqan transplantasiyasına istinadı təkrarladığı eşidilir.
Si Cinpin yekun nitqində yenidən çin dilində danışıb: “Proqnozlara görə, bu əsrdə 150-yə qədər yaşamaq şansı var”.
Xatirə SADİQ