"Putin yanında kiminsə olmasını xoşlamır, adətən tək olur" - Peskov
"Rusiya prezidenti Vladimir Putin telefonla danışarkən adətən yanında heç kim olmur".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Vladimir Putinlə ABŞ-nin keçmiş prezidenti Co Bayden arasında telekörpü zamanı da Rusiya liderinin yanında bir nəfər də olsun köməkçi olmayıb:
"Amma ABŞ prezidentibütöv bir müşavir armadası ilə əhatə olunmuşdu. Adətən prezident telefonla danışanda heç kim onunla görüşmür. Adətən belə olur. Amma lazım gələrsə, təbii ki, dövlət başçısı müəyyən məsələləri müzakirə etmək üçün zəruri hesab etdiyi köməkçiləri dəvət edir”, - Peskov bildirib.
O, həmçinin bildirib ki, Putin və Donald Tramp arasında telefon danışığının tonu “konstruktiv, işgüzar və hər iki tərəfdən dostluq xarakteri daşıyır”.
Oğuz