"Qarabağ" Maksim Medvedevə görə 1000 manat ziyana düşdü
AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının 21-ci turunda “Sabah-2” ilə matçdan meydandan çıxıb sonra geri qayıdan “Qarabağ-2”ni cəzalandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, federasiya buna görə Ağdam klubunu 1000 manat cərimə edib.
Bundan başqa oyundan sonra stadiona ziyan vuran “Sabah-2” barədə də qərar qəbul edilib. Arenadakı ziyan Masazır təmsilçisi tərəfindən ödəniləcək.
Qeyd edək ki, “Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev “Sabah-2” ilə oyunda hakim qərarlarına etiraz olaraq komandasını meydandan çıxarmışdı. Daha sonra isə onlar geri qayıdaraq matça davam etmişdilər.
Aytən