Qarabaşağın faydaları və zərərləri 

Qarabaşaq (Qreçka) pəhriz saxlayanların qida rasionunun əsasını təşkil edir. Qarabaşaq tərkibində qlüten olmadığına görə arıqlamağa kömək edir.

Mar 14, 2025 - 00:54
Qarabaşağın faydaları və zərərləri 

Tərkibində B1, B3, B5 və B9 vitaminləri, dəmir, mis, manqan, maqnezium, kalium, kalsium, natrium, xolin, zülal və antioksidantlar olan bu qida dəri sağlamlığı üçün də faydalıdır. Lakin qarabaşağın faydası ilə yanaşı zərərləri də var.

SAVASHMEDİA.az qarabaşağın zərərlərini və faydalarını təqdim edir:

FAYDALARI

Beyin sağlamlığını qoruyur

Qarabaşaq tərkibindəki antioksidantlar sayəsində beyin funksiyalarını qoruyur. Yaddaş itkisinin, xüsusən də Alzheimer, demans kimi beyin funksiyalarına zərər verən xəstəliklərin yaranmasının qarşısını ala bilir.

Şəkərli diabet xəstələri üçün idealdır

Qarabaşağın tərkibindəki karbohidratlar onun sorulmasını ləngidir. Bu da uzun müddət tox tutur, qan şəkərinin anidən düşməsinin qarşısını alır.

Qəbizliyi aradan qaldırır

Bu bitki bağırsağın dostudur. Çünki qarabaşağın tərkibindəki bol liflər həzm prosesinə kömək etməklə prosesi sürətləndirir. 

Qlütensizdir

Qlütensiz olması, həzmə kömək etməsi qəbizlik, köp, şişkinlik kimi problemlərin qarşısını alır.

Saçları və dırnaqları qidalandırır

Qarabaşqanın saç üçün faydaları bitib-tükənməzdir. Tərkibindəki vitaminlər sayəsində həm baş dərisini, həm də saç köklərini qidalandırır. Keratin isə saç və dırnaqların uzanmasını sürətləndirir.

Ürək-damar sisteminin dostudur

Qarabaşaq pis xolesterinin səviyyəsini azaldır, yaxşı xolesterinin səviyyəsini artırır. Bu xüsusiyyəti sayəsində ürək-damar xəstəlikləri riskini azaldır.

Xərçəng əleyhinə təsirə malikdir

Tərkibindəki fenolik birləşmələr sayəsində bəzi xərçəng növlərinə qarşı çox təsirli bir qidadır. Hüceyrədə sərbəst radikalların zədələnməsinə qarşı qoruyucu təsir göstərir. Xərçəngin əmələ gəlməsinin və yayılmasının qarşısını alır.

Qaraciyər dostu

Tərkibindəki xolin maddəsi qaraciyər yağlanmasının qarşısını alır.  

İmmuniteti gücləndirir

B vitaminləri ilə zəngin olduğu üçün immunitet sistemini gücləndirməyə kömək edir.

ZƏRƏRLƏRİ

Kökəldə bilər

Yüksək kalorili qida olduğundan, həddindən artıq istehlak edildikdə çəki artımına səbəb olur.

Allergiya

Qarabaşağa allergiyası olanlar onu istehlak etməməlidir. 

Həddindən artıq istehlak

Həddindən artıq istehlak ürəkbulanma, qusma və qaşınma kimi əks təsirlərə səbəb ola bilər. 

Yağmur