Rasim Balayev xəstəxanadan evə buraxılıb

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev xəstəxanadan evə buraxılıb.

Jan 31, 2026 - 19:44
Rasim Balayev xəstəxanadan evə buraxılıb

SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.

O bildirib ki, hazırda Xalq artistinin müalicəsi ev şəraitində davam edir və səhhəti günü-gündən yaxşılaşır:

"Düşünürük ki, Rasim Balayev fevralın ikinci yarısında işə çıxacaq və fəaliyyətinə davam edəcək".