Rəqsanə konsertində boşandığını elan etdi? - "Fazillə hər şey bitdi" + VİDEO  

Ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova bu gün konsert proqramı ilə çıxış edib.

Dec 17, 2025 - 00:29
Rəqsanə konsertində boşandığını elan etdi? - "Fazillə hər şey bitdi" + VİDEO  

SAVASHMEDİA.az xəbər verir ki, pərəstişkarları ilə görüşən müğənni sevgidən danışıb.

O bildirib ki, artıq heç kimi sevməyəcək:

“Sizi bilmirəm, amma mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib”.

Müğənninin bu sözləri onun həyat yoldaşı Fazil Əmiraslanovla ayrıldığını elan etməsi kimi anlaşılıb.

Xatırladaq ki, Fazil Əmiraslanov Rəqsanə İsmayılova həbsdən buraxılan gün onu qarşılamağa gəlməyib. Müğənninin həbsdən sonra yayılmış heç bir video və fotosunda Fazil Əmiraslanov yer almayıb. Bütün bunlar Rəqsanə-Fazil cütlüyünün ayrılması kimi yozulub.

Banu