Ronaldo toyu üçün niyə Madeyranı seçdi? - Səbəbi duyğulandırdı
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ilə nişanlısı Corcina Rodrigesin toyu ilə bağlı yeni iddialar yayılıb.
SAVASHMEDIA.az xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, cütlüyün toyu gələn həftəsonu Portuqaliyanın Madeyra adasında keçirilə bilər.
Toy məkanı kimi Ronaldonun doğulduğu Madeyranın seçilməsi təsadüfi deyil. Futbolçunun uşaqlıq illərini keçirdiyi adada evlənmək istədiyi bildirilir.
Bildirilir ki, nikah mərasimi Funşal şəhərindəki kafedralda, nikahdan sonrakı ziyafət isə dəbdəbəli "Savoy Palace" otelində təşkil olunacaq.
Lakin Kriştiano Ronaldo və Corcina Rodriges bu məlumatları rəsmi şəkildə təsdiqləməyiblər. Son məlumatlara görə, toyun bu həftəsonu keçiriləcəyi ilə bağlı yayılan xəbərlərin doğru olmaya biləcəyi də bildirilir.
Aytən