Rusiyaya aid tankerin iki ekipaj üzvü saxlanıldı - Fransada
Fransa hüquq-mühafizə orqanları Rusiyanın “kölgə donanması”na aid olduğu güman edilən “Boracay” tankerinin iki ekipaj üzvünü saxlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Sebastyen Lekornü X sosial şəbəkəsində elan edib.
Baş nazir bildirib ki, Brest prokurorluğunun qərarına əsasən, tanker ekipajının iki üzvü nəzarətə alınıb. O, gəmini Rusiyanın “kölgə donanması”nın tankeri kimi səciyyələndirib.
Dünən Fransa mediası başlanmış istintaqla əlaqədar fransız hərbçilərinin “Boracay” tankerinə qalxdığını xəbər vermişdi. Tanker Benin bayrağı altında üzür və bir neçə gündür Fransanın Atlantik okeanı sahillərində lövbər salıb.
Xatirə SADİQ