Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bir sıra rayon və şəhərlərdə qaz təchizatı dayandırılacaq.

Aug 18, 2026 - 17:40
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Kosalar kəndinin, Şirvan şəhərinin Bayramlı qəsəbəsinin, Sabirabad rayonunun bir hissəsinin, Saatlı və İmişli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.