Rusiyadakı Azərbaycan diasporunun rəhbəri belə deportasiya edildi - ANBAAN VİDEO

Ötən gün Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiya Federasiyasından deportasiya edilib.

Aug 18, 2026 - 17:55
Rusiyadakı Azərbaycan diasporunun rəhbəri belə deportasiya edildi - ANBAAN VİDEO

SAVASHMEDİA.az “Bakupost”-a istinadla xəbər verir ki, Həsənovun saxlanma məntəqəsindən hava limanına gətirilərək ölkədən deportasiya edilməsi anlarını əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

Həmin görüntüləri təqdim edirik: