Rəmişin bu gün vəfat edən qardaşının adı hansı əsərdə keçir? - Maraqlı DETAL
Bu gün mərhum Xalq artisti, məşhur gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov dünyasını dəyişib.
SAVASHMEDIA.az xəbər verir ki, yazıçı Aqil Abbasın “Rəmiş” povestində haqqında az məlumat olan Romik Hüseynovla bağlı diqqətçəkən detallara yer verilib.
Əsərdə Rəmişin kiçik qardaşı kimi təqdim olunan Romiklə bağlı maraqlı səhnələrdən biri Rəmişin Ağdama, atasının yanına gəldiyi epizodda təsvir olunur.
Belə ki, Rəmiş bir dəfə Ağdama meymunu ilə birlikdə gəlir. Bu isə atası Hüseyn kişinin heç də ürəyincə olmur. Rəmiş atasının könlünü almaq üçün pianoda “Segah” ifa edir. Bundan sonra Hüseyn ona istəsə meymunla, istəsə həyətdəki itlə gəzə biləcəyini deyir və kiçik oğlu Romikə iti açmağı tapşırır.
Qeyd edək ki, Romik Hüseynov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və döyüşlər zamanı yaralanıb. O, 18 avqust 2026-cı ildə dünyasını dəyişib.
Səlcuq