Sabah hava necə olacaq?

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Mar 19, 2026 - 14:18
Sabah hava necə olacaq?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.