Paşinyan Annadan bu biabırçı geyiminə görə ayrılıb? - FOTO
Ermənistanın Baş naziri Nikol Paşinyanın vətəndaş nikahında yaşadığı Anna Akopyandan geyim tərzinə və bəzi davranışlarına görə ayrıldığı iddia edilib.
SAVASHMEDİA.az xəbər verir ki, iddialara görə cütlük arasında münasibətlər 2025-ci ildə Pekin sammitində iştirakdan sonra daha da gərginləşib.
Çin səfəri boyunca Anna Akopyanın seçdiyi geyimlər və davranışları Nikol Paşinyanla aralarında uçurum yaradıb. Annanın geyim tərzi və rəsmi tədbirlərdə özünü apara bilməməsi Ermənistanın diplomatik dairələrində də xoş qarşılanmayıb. Məhz bu hadisədən sonra Nikol Paşinyan nüfuzunu düşünərək Anna Akopyanla yolları ayırmağa qərar verib.
Paşinyanın nüfuzunu qorumaq üçün Annadan ayrılması iddiası heç də yalana oxşamır. Çünki Anna Akopyanın davranışları və geyimləri Ermənistan cəmiyyətində xoş qarşılanmayıb. Bunu Anna Akopyan özü Paşinyanla ayrılıqdan sonrakı açıqlamasında da vurğulayıb.
Akopyan xalqa səslənərək bildirib ki, onu küçədə görərkən təhqir etməsinlər. İllərdir yetərincə təhqir olunub və artıq belə davranışa məruz qalmaq istəmir. Paşinyanın Anna ilə ayrılıq tarixi də təsadüfi xarakter daşımır. Çünki o, Annadan ayrıldıqdan (27 fevral) qısa bir müddət sonra seçki kampaniyasına start verib. Qarış-qarış ölkəni gəzir, seçicilərlə görüşür.
Görünür, vətəndaşların Anna ilə bağlı düşüncələrini nəzərə alan Paşinyan nüfuzuna daha artıq xələl gətirməmək üçün Anna Akopyanla seçki kampaniyasına çıxmaq istəməyib. Buna görə də onunla vətəndaş nikahını pozduğunu kampaniyadan əvvəl elan edib.
Banu