Səbinə Əliyeva ikinci dəfə Ombudsman seçildi

Milli Məclisin bugünkü plenar iclasında Ombudsman postuna irəli sürülən namizədlərin məsələsi müzakirə olunub.

Nov 3, 2026 - 12:59
Səbinə Əliyeva ikinci dəfə Ombudsman seçildi

SAVASHMEDİA.az xəbər verir ki, müzakirələrin ardından keçirilən səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva yenidən Ombudsman seçilib. Onun namizədliyini 100 deputat dəstəkləyib.

Digər namizədlərdən Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi sənəddə Ombudsman vəzifəsinə üç namizədin adı yer alıb. Bunlar hazırkı müvəkkil Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin sabiq hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyeva olub.

Xatırladaq ki, Ombudsman 7 il müddətinə seçilir. Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili seçilib.

Banu