Qapıçı ilə toqquşdu, ÜRƏYİ DAYANDI - İspaniya liqasında ŞOK OLAY + VİDEO

İspaniya 2-ci Liqasında “Tenerife” – “Andorra” qarşılaşması keçirilib.

Nov 3, 2026 - 12:51
Nov 3, 2026 - 13:28
Qapıçı ilə toqquşdu, ÜRƏYİ DAYANDI - İspaniya liqasında ŞOK OLAY + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, “Tenerife”nin futbolçusu Jesus de Migel  Andorranın qapıçısı Jesus Ovono ilə toqquşub.

Hadisə oyunun 90+7-ci dəqiqəsində qeydə alınıb. “Tenerife” komandasının öz yarımmeydanından göndərdiyi uzun ötürməyə doğru hərəkət edən de Jesus de Migel orta xətti keçdikdən sonra yerini tərk edən “Andorra” qapıçısı ilə sərt şəkildə toqquşub. Futbolçu yerdə hərəkətsiz qalıb. Bu zaman rəqib komandanın futbolçusu dərhal tibbi briqadanı meydana çağırıb.

Migel xəstəxanaya çatdırılmaq üzrə meydandan çıxarılıb. Yolda ürəyi dayanıb. Həkimlərin müdaxiləsi nəticəsində futbolçu həyata qayıdıb.

Hadisədən sonra “Andorra”nın qapıçısı Jesus Ovono birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Hakim Manuel Perez isə futbolçunun səhhəti ilə bağlı ciddi vəziyyətə görə qarşılaşmanı dayandırıb. Matç 2-2 hesabı ilə sonlanıb.

Klubun yaydığı açıqlamada futbolçunun xəstəxanada müalicə aldığı və həyati təhlükəsinin davam etdiyi bildirilib.

Rəqib Andorra klubu da paylaşım edərək Jesus de Migelə şəfa diləyib. Eyni zamanda “Real Madrid”, “Valensiya” və “Rayo Valyekano” başda olmaqla, İspaniyanın bir sıra klubları da Jesus de Migelə şəfa diləyən müraciətlər yayıblar.

***

“Tenerife” klubu daha sonra futbolçu ilə bağlı yeni məlumat yayıb. Məlumatda bildirilib ki, futbolçu Jesus de Migel xəstəxanada həyatını itirib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)