Oğuz meşəsində yanmış meyiti tapılan şəxs məmur imiş - FOTOLAR

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.

Nov 3, 2026 - 11:25
Nov 3, 2026 - 11:45
Oğuz meşəsində yanmış meyiti tapılan şəxs məmur imiş - FOTOLAR

SAVASHMEDİA.az ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.