Səfər Mehdiyevin bacanağı işdən çıxarıldı

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsindən azad olunub.

Mar 19, 2026 - 16:23
Səfər Mehdiyevin bacanağı işdən çıxarıldı

Məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RMX-nin direktoru Həsən Hüseynov vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Həsən Hüseynov Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Səfər Mehdiyevin bacanağıdır. (oxu.az)